ABŞ elektron siqaret istehsal edən şirkətlərə 60 gün vaxt verdi

12-09-2018, 22:21           
ABŞ elektron siqaret istehsal edən şirkətlərə 60 gün vaxt verdi
ABŞ Ərzaq və Dərman İdarəsi (FDA), elektron siqaret şirkətlərini, gənclərin getdikcə artan istifadəsini azaltmasa məhsullarını qadağan edəcəklərini bildirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, FDA Rəhbəri Skot Gottlieb, təşkilatın Vaşinqtondakı mərkəzində verdiyi açıqlamada, gənclər arasında ətirli elektron siqaret istifadəsinin "yoluxucu xəstəliyə" çevrildiyini söyləyib.

"Elektron siqaretlər yeniyetmələr arasında çox geniş və təhlükəli trend halına gəlib. Gənclərin istifadəsində artan və narahat edici trend və asılılığa gedən bu yola son qoymalıdır" ifadəsini işlədən Gottlieb, FDA-nın böyük bir nəsilin nikotin aludəçisi olmasına yol verməyəcəyini vurğulayıb.

Gottlieb, bu çərçivədə qeyri-qanuni elektron siqaret satışına qarşı tarixdəki ən böyük təşəbbüsü başladıqlarını qeyd edib. O, "Elektron siqaretlərin 18 yaşından kiçiklərə satışını hədəf alırıq. Elektron siqaret satan mağazalara qeyri-qanuni satışların qarşısını almaq üçün 1100-dən çox məktub göndərdik. Yaşı uyğun olmayanlara istiqamətlənən məhdudiyyətləri pozan 131 satıcıya pul cəzası verdik" deyib.

Qurumdan verilən yazılı açıqlamada isə yaşı uyğun olmayanlara edilən satışların qarşısını alınması xaricində də addımların atıldığı bildirilib.

Buna görə, FDA rəhbərliyi, "Juul", "Logic", "British American Tobaccos Vuse", "Altrias Markdan" və "Imperials Blue E-cigs" adlı beş elektron siqaret istehsalçısına, 60 gün ərzində gənclərin məhsullarını istifadə etməsinin qarşısını alacaq planları təşkilata təqdim etmələri təlimatını verib.

Açıqlamada, FDA-nın tələblərini ödəməyən şirkətlərə satış və marketinq fəaliyyətlərini dəyişdirmələri və ya ətirli elektron siqaretlərinin satışını dayandırma əmrini verəcəyi vurğulanıb.

Bu müddət ərzində adıçəkilən şirkətlərin marketinq və satış əməliyyatları haqqında istintaq başlanılacağı da qeyd edilib.

Xatırladaq ki, FDA keçən il də gənclərin elektron siqaret istifadəsini azaltmaq məqsədilə təhsil kampaniyası başlatmışdı. Qurumun proqnozlarına görə, ABŞ-da 2 milyondan çox orta və litsey tələbəsi elektron siqaret məhsullarından stifadə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.