Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, ABŞ PKK/YPG terror təşkilatı ilə əlbir şəkildə Suruiyanın Fərat çayının şərqindəki ərazilərinin işğalını tamamlamaq üzrədir. ABŞ ordusu Suriyanın neft ilə zəngin deyr əz-Zor rayonunda İŞİD-in nəzarəti altındakı Hajin məntəqəsinə son hücumlara başlayıb. PKK terror təşkilatı Hajin məntəqəsini ələ keçirsə, Fəratın şərqi, enerji və su mənbələri tamamilə onun nəzarəti altına keçəcək. ABŞ işğal altındakı ərazilərdə yeni zastavalar və bazalar qurmaqdadır.