Avropa İttifaqı ilə İrandan ABŞ sanskiyalarından YAN KEÇMƏK HƏMLƏSİ

14-09-2018, 20:57           
Avropa İttifaqı ilə İrandan ABŞ sanskiyalarından YAN KEÇMƏK HƏMLƏSİ
Avropa İttifaqı İran ilə ticarətin ABŞ-ın yeni sanksiyalarından zərər çəkməməsi üçün yollar axtarır. Avropa İttifaqı sanksiyalardan yan keçmək üçün mübadilə üsulundan istifadə eləməyi planlaşdırır. Alman hökumətinin iştirakı ilə Avropa İttifaqı Komissiyası tərəfindən hazırlanan planda “İran ilə aparılacaq ticarətin qlobal maliyyə sistemindən ayrılması” nəzərdə tutulur.

Qəzetin xəbərində “mübadilə birjası” sisteminə keçməsinin nəzərdə tutulduğu bildirilir. Avropa Komissiyasının layihə planında təklif edilir ki, “sadəcə bu məqsədlə İrana və İran tərəfindən edilən ödənişləri kompensasiya edəcək bir şirkət qurulsun”. Planda deyilir: “bu şirkətin kanalı vasitəsi ilə ticarət banklarının ödəniş sisteminə ehtiyac duymadan, yaxud da ticarət banklarının yardımı ilə İran ilə Aİ şirkətləri arasındaki pul transferinin ABŞ sanksiyalarından təsirlənməməsini təmin etmək nəzərdə tutulur”.

Sistem necə işləyəcək?

Xəbərdə deyilir ki, banklararası mübadilə mərkəzinin vəzifəsi İran və Avropa şirkətlərinin qarşılıqlı ödənişlərini tarazlamaq olacaqdır.

Məsələn, İran İspaniyaya neft satdığı zaman və bir Almaniya şirkəti İrana maşın təslim elədiyi zaman İspaniyanın İrana ödəməli olduğu pul Alman maşın istehsalçısının alacağını ödəməklə verilmiş olacaq. Mübadilə mərkəzinin Lüksemburqun qanunlarına uyğun şəkildə qurulması və bu ölkədə fəaliyyət göstərməsi nəzərdə tutulur.

“Handelsblatt” qəzetinin yazdığına görə, Aİ Komissiyası İran ilə ticarət əlaqələrinin davam etdirilməsi üçün mübadilə mərkəzi qurmaqdan, yəni “əvəz-əvəz” sistemi yaratmaqdan başqa yol tapmayıb.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.