ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb - VİDEO

15-09-2018, 08:31           
ABŞ-da qasırğa nəticəsində 4 nəfər ölüb - VİDEO
ABŞ-ın Şərq sahillərinə çatan "Florens" qasırğası nəticəsində azı 4 nəfər həyatını itirib.

“Report” "The New York Times" nəşrinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Şimali Karolinanın Uilminqton şəhərində ana və körpəsi ilə yanaşı, Hampsted şəhərində qadın və Lenuar dairəsində isə kişi həyatını itirib.

Bildirilir ki, qadın və uşaq ağacın onların evi üzərinə aşması nəticəsində həlak olublar. Digər qadın ürək tutmasından keçinib. Çünki həkimlər yola ağacın aşması nəticəsində onun köməyinə gələ bilməyiblər. Kişi isə qasırğa nəticəsində evdə işıqlar kəsildikdən sonra, elektrik enerjisi verilişini bərpa etmək istəyən zaman cərəyan vurmasından dünyasını dəyişib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.