Tramp ABŞ xalqına yalan deyir - Sabiq dövlət katibi
15-09-2018, 08:47
İqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı qarşılaşdığımız problemlər həll edilə bilər. Lakin bu mövzuda heç bir biliyi olmayan prezident ABŞ xalqına yalan deyir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq dövlət katibi Con Kerri deyib.
“ABŞ xalqı bu prezidentdən (Donald Tramp) çox ağıllıdır. Bu səbəbdən ölkənin 38 ştatı irəli çıxaraq Paris iqlim razılaşmasını davam etdirəcəklərini bəyan etdi. Nə olursa-olsun, Paris anlaşmasından çıxmayacağıq”, - deyə Kerri bildirib.
Qeyd edək ki, D.Tramp ölkəsinin Paris iqlim razılaşmasından çıxdığını bəyan etmişdi.