Çin: Ölü siçovul restoranın dəyərini 190 milyon dollar aşağı saldı

15-09-2018, 18:48           
Çin: Ölü siçovul restoranın dəyərini 190 milyon dollar aşağı saldı
Çində populyar olan restoranda hamilə qadın boşqabındakı şorbada ölü siçovul aşkar edəndən sonra həmin restoranın bazar dəyəri 190 milyon ABŞ dolları ucuzlaşıb.

Boşqabdan çıxan ölü siçovulun şəkli internetdə yayılandan sonra Xiabu Xiabu restoranının bazar dəyəri son 1 il ərzində ən aşağı səviyyəyə düşüb.

Shandong bölgəsindəki restoran hazırda müvəqqəti olaraq bağlanıb.

Xəbərlərə görə, restoran qadına 5,000 yuan (729 ABŞ dolları) kompensasiya təklif edib.

Kankan News adlı yerli nəşrə danışan qadının əri həmin təklifi rədd edib.

O, kompensasiyanın həcminin arvadının tam tibbi muayinədən keçəndən sonra müəyyən edilə biləcəyini qeyd edib.

Hamilə qadın ailəsilə birlikdə restorana sentyabrın 6-da gedib.

O, boşqabındakı şorbadan bir neçə qaşıq yedikdən sonra boşqabdan ölü siçovul çıxıb.

Qadınnın əri deyib ki, restoran nümayəndələrindən biri onun arvadına abort əməliyyatından keçməyi təklif edib və bunun üçün 20,000 yuan pul ödəməyə hazır olduğunu bildirirb.

Bişmiş siçovul şəkli sürətlə Çinin Weibo sosial şəbəkəsində yayılıb, istifadəçilər bu hadisəni qəzəb və ikrah hissi ilə qarşılayıblar.

Sentyabrın 11-də şirkətin səhmləri keçən ilin oktyabr ayından bəri ən aşağı qiymətlə dəyərləndirilib.

Çərşənbə günü restoranın bazar qiyməti azacıq artıb.

Restoran rəhbərliyi və yerli rəsmilər hadisənin araşdırılacağını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.