Rusiya apteklərindən bu ağrıkəsicilər yığışdırılır – TƏHLÜKƏLİDİR

15-09-2018, 22:01           
Rusiya apteklərindən bu ağrıkəsicilər yığışdırılır – TƏHLÜKƏLİDİR
"Verofarm” farmkompaniyası "Ardalon” ağrıkəsicisini bütün apteklərdən geri çağırır. Dərmanın tərkibində olan flupirtin qaraciyəri zədələyir. Amma Rusiya apteklərində bu tərkibli digər analgetiklər də satılır.
2018-ci ildə Rusiyada 650.000 qutu flupirtin tərkibli preparat satılıb.
Flupirtin tərkibli analgetiklərin tam siyahısı:
-Ardalon
-Katadolon
-Neyrodolon
-Nolodatak
-Fluqesis
-Flupirtin
Flupirtin tərkibli dərmandan qaraciyər zədələnməsi faktı ilk olaraq 2013-cü ildə Avropada qeydə alınıb. Bundan sonra onun qaraciyər problemi olan insanlara təyini qadağan olundu. Buna baxmayaraq, belə preparatlardan 537 məfər zərər görmüş, 23 nəfərdə letal nəticə olmuşdur.

2018-ci ilin fevralından Avropada bu tərkibdə ağrıkəsicilərin qəbulu qəti qadağan olundu və farmkompaniyalar dərnanları bazardan yığışdırmağa başladı.

Əgər siz də bu preparatlardan istifadə edirsizsə, qəbulunu dayandırıb, həkiminizə məlumat verin. \\Medicina.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.