Gürcüstanın baş naziri işgüzar səfərlə ABŞ-a yollanıb
17-09-2018, 07:21
Gürcüstanın baş naziri Mamuka Baxtadze işgüzar səfərlə ABŞ-a yola düşüb.
Trend-in gürcü KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Baxtadze birinci görüşünü sentyabrın 17-də Vaşinqtonda Ağ Evdə keçəcək. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Gürcüstanın baş nazirini qəbul edəcək.
Qeyd olunur ki, sentyabrın 20-də Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək. Həmçinin səfər çərçivəsində senatorlarla danışıqlar aparılacaq.