ABŞ-ın pilotsuz uçağı Qara dəniz sahillərində! – Səkkiz saat kəşfiyyat aparıb…
17-09-2018, 07:26
Amerika Birləşmiş Ştatları hərbi-hava qüvvələrinin (ABŞ HHQ) RQ-4 Global Hawk pilotsuz strateji kəşfiyyat aparatı Qara dənizin Rusiya sahillərində çoxsaatlı uçuş həyata keçirib.
«Rlane Radar» resursunun məlumatına görə, pilotsuz uçaq (PU) NATO-nun İtaliyadakı Siqonella aviabazasından havaya qalxıb və Moskva vaxtı ilə saat 12:19-da Donbasda təmas xəttində monitorinqə başlayıb. Uçuşu başa çatdıran aparat Ukraynanın Nikolayevsk vilayəti tərəfdən Krım və Krasnodar diyarı sahillərinə doğru yönəlib.
Təyyarə göstərilən bölgədə səkkiz saata yaxın dövrə vurub və müəyyən vaxtdan-vaxta Rusiyanın sahillərinə 40 kilometrə qədər yaxınlaşıb. Saat 22:19-da dron İtaliyadakı aerodroma geri qayıdıb.
Günortaya yaxın Rusiyanın Qara dəniz sahilləri rayonunda ABŞ HHQ-nin qayığa qarşı bir patrul təyyarəsi də (BoeingP-8APoseidon) qeydə alınıb.
RQ-4B kəşfiyyatçı təyyarəni bir neçə dəfə Donbas səmasında qeydə alıblar. Xəbərdə qeyd olunur ki, son aylar ərzində Rusiya sərhədləri yaxınlığında ABŞ-ın pilotsuz uçaqlarının uçuşları intensivləşib. AzPolitika.info