"Rus təyyarəsini İsrail vurmayıb" - Putindən ilk açıqlama

18-09-2018, 18:31           
"Rus təyyarəsini İsrail vurmayıb" - Putindən ilk açıqlama
Rusiya prezidenti Vladimir Putin vurulan "İl-20" təyyarəsi ilə bağlı açıqlama verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, Putin təyyarəni İsrailin vurmadığını bildirib: "Hələ də nə olduğunu anlamağa çalışırıq. Görüləcək tədbirlər hamını maraqlandırır. Tədbirlər Suriyadakı hərbi personalın təhlükəsizliyinə qarşı olacaq".

Xatırladaq ki, Rusiyaya aid içərisində 15 hərbçinin olduğu təyyarə Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Moskva isə təxribata yol verdiyini iddia edərək baş verənlərə görə İsraili məsul tutub. Hadisədən sonra İsrail səfiri Rusiya XİN-nə çağırılıb. İsrail Moskvanın ittihamlarını təkzib edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.