"Twitter" istifadəçilərinin şəxsi mesajları kənar şəxslərin əlinə keçib

22-09-2018, 07:09           
"Twitter" istifadəçilərinin şəxsi mesajları kənar şəxslərin əlinə keçib
"Twitter" mikrobloq istifadəçilərinin şəxsi mesajlarının kənar istifadəçilərin əlinə düşməsini etiraf edib.

"Report" xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

Şirkətin məlumatında bildirilir ki, buna səbəb olan texniki səhv 2017-ci ilin mayında mövcud olub. O, 10 sentyabrda aşkarlanıb və dərhal aradan qaldırılıb.

"Bizim araşdırmalarımız davam edir. Xoşbəxtlikdən əlimizdə elə bir səbəb yoxdur ki, kənar şəxslərin əlinə keçən hər hansı informasiyanın qeyri-təyinatı üzrə istifadə olunduğunu güman edək", - deyə "Twitter"dən bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru