Azərbaycanın ilk baş naziri

7-12-2018, 08:12           
Azərbaycanın ilk baş naziri
Fətəli xan 1920-ci il iyunun 19-da erməni terrorçuları Aram Yergenyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib
1875-ci il dekabrın 8-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoyski (1875-1920) anadan olub.

Moskva Universitetinin hüquq fakültəsini bitirdikdən sonra bir sıra dairə məhkəmələrində işləyib. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi onun fəaliyyətində mühüm mərhələ olub. Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət Dumasına deputat seçilən Fətəli xan parlamentin iclaslarında çar hökumətinin müstəmləkəçilik siyasətini kəskin tənqid edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin memarlarından olan Fətəli xan yeni qurulan respublikanın ilk Baş naziri, həmçinin daxili işlər, xarici işlər, ədliyyə, hərbi naziri vəzifələrində çalışıb.

Cümhuriyyətin süqutundan sonra Tiflisə gedən Fətəli xan 1920-ci il iyunun 19-da erməni terrorçuları Aram Yergenyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru