Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeronda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin açılışında iştirak ediblər
24-12-2018, 12:53
Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.