"Bayram Səfərov icra başçısı postundan da alınacaq..." - İDDİA

25-12-2018, 13:01           
"Bayram Səfərov icra başçısı postundan da alınacaq..." - İDDİA
Bu günlərdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri vəzifəsindən azad olunan və hazırda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Bayram Səfərovla bağlı yeni iddia dolu xəbər yayılıb. Bu barədə DİA.AZ-a daxil olan informasiyada qeyd olunur.

Məlumatı verən mənbə iddia edir ki, Bayram Səfərov yaxın günlərdə Şuşa RİH başçısı postundan da alınacaq. Mənbənin dia.az-a söylədikləri:

"Bununla bağlı müzakirələr çoxdandır gedir və qərarın rəsmən elan olunmasına az qalıb".

Məlumatlara görə, Bayram Səfərovun bu şəkildə karyerasını başa vurması onun buraxdığı nöqsanlarla birbaşa əlaqədardır.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru