Bəşər tarixində ilk: Çin peyki Ayın əks tərəfində...

31-12-2018, 08:38           
Bəşər tarixində ilk: Çin peyki Ayın əks tərəfində...
Dekabrın 30-da Çinin “Çanye-4” kosmik aparatı Ayın əks tərəfinə enişlə bağlı tapşırığı icra etmək üçün təlimata uyğun orbitə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Çinin Kosmik Agentliyi məlumat yayıb. “30 dekabr 8:55-də “Çanye-4” uğurla Ayın orbitinə çıxış edərək, Ayın əks tərəfinə eniş üçün planlaşdırılmış kursa daxil olub”, - məlumatda deyilib.

12 dekabr tarixində “Çanye-4” Ayın orbitinə daxil olduqdan sonra Pekindəki idarəetmə mərkəzi aparatın kursuna düzəliş edərək, 4 dəfə aparatla “Çyueçyo” peyki arasındakı əlaqəni sınaqdan keçirib. Eyni zamanda çəkiliş alətləri və bir sıra funksiyalar yoxlanılıb.

Xatırladaq ki, dekabrda fəzaya buraxılan “Çanye - 4” bəşər tarixində ilk dəfə Ayın əks səmtinə enməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru