Azərbaycan nefti ucuzlaşdı

5-01-2019, 09:16           
Azərbaycan nefti ucuzlaşdı
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 3-ü 56,34 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,85 dollar/barel azdır.

BakuPost Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 55,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 53,24 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,61 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 51,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru