Fuad Muradovun kadrı "qatıqladı": Azərbaycanın diaspora lideri Ermənistanı təbrik edib – RƏZALƏT

5-01-2019, 17:37           
Fuad Muradovun kadrı "qatıqladı": Azərbaycanın diaspora lideri Ermənistanı təbrik edib – RƏZALƏT
Rusiyanın Rostov vilayətindəki Azərbaycan icmasının rəhbəri Vaqif Mustafayev Ermənistanın “müstəqillik günü” tədbirinə qatılıb.

Yenicag.az xəbər verir ki, bir müddət əvvəl Rostovda Ermənistanın “müstəqillik günü” nə həsr olunmuş tədbirə qatılan Azərbaycan icmasının rəhbəri düşmən ölkəni “əlamətdar gün” münasibətilə təbrik edib.

Çıxış və təbriklə kifayətlənməyən Mustafayev “Ermənistana və erməni xalqına çiçəklənmə arzuladığını” da bəyan edib.

Tədbirdə iştirak edən yüzlərlə erməni Mustafayevin çıxışını alqışlarla qarşılayıb. Ermənistan mediası isə azərbaycanlı icma rəhbərinin mərasimə qatılmasını şövqlə işıqlandırıb.

Bu rəzalətin Azərbaycan mediasında yalnız indi işıqlandırılmasının başlıca səbəbi isə həmin məraism haqqında informasiyanın yalnız erməni resurslarında yayımlanmasıdır.

Qeyd edək ki, bu, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin ermənilərə yönəlik ilk jesti deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru