Deputatlığa görə şikət rəhbərliyindən istefa verir....

8-01-2019, 15:23           
Deputatlığa görə şikət rəhbərliyindən istefa verir....
Azərbaycanda fəaliyyət göstərən böyük şirkətin sahibi deputatlığa namizəd olacaq.

Teref.az yazır ki, Minval.info-nun əldə etdiyi məlumata görə, “Mətanət A”nın rəhbəri Elxan Bəşirov yaxın günlərdə vəzifəsindən uzaqlaşacaq. Onun yanvarın 15-də bütün işləri rəsmi olaraq qardaşı Fuad Bəşirova təhvil verəcəyi söylənilir.

Belə ki, bir həftə sonra şirkətin artıq keçmiş sahibi sayılacaq Elxan Bəşirov bu yaxınlarda parlament üzvlüyünə namizədliyini irəli sürəcək. Onun məhz bu səbəbdən “Mətanət A”nın prezident postunu tərk edəcəyi bildirilir.

Qeyd edək ki, şirkətin başına keçəcək Fuad Bəşirov hazırda “Mətanət A”da vitse-prezident vəzifəsində çalışır.
Teref.az olaraq əldə etdiyimiz məlumatlara görə Elxan Bağırov artıq pərdəarxası danışıqlara start verib. Bəzi insansiyalarda hətta "dobro"-sunu belə alıb.
Teref.az olaraq bu məlumatın nə qədər doğru olduğunu öyrənmək üçün "Mətanət A" şirkəti ilə əlaqə yaratdıq. Şirkətin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkadşı Məhin xanım bu məlumatı nə təsdiq nə də təkzib etmədi. Məhin xanım rəhbərliklə əlaqə saxlayandan sonra bizə məlumat verəcəyinə söz verdi.
Teref.az olaraq "Mətanət A" şirkətinin Şirkətin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhin xanımın verdiyi açıqlamanı təqdim edirik:
Verilən məlumatın bir hissəsi doğru olsada məqsəd doğru göstərilməyib. "Mətanət A" şirkət yox şirkətlər qrupudur və biznesimizin böyüdüyü üçün şirkətin rəhbəri "Mətanət A" şirkətinin rəhbərliyindən isyefa verərək "Mətanət A" şirkətlər qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə keçib.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.