Mətbuat Şurasının «qara siyahısı»nda olan qəzet deputatın nəyinə lazımdır?
20-10-2015, 20:16
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş millət vəkili Çingiz Qənizadə seçiciləri ilə görüşlərini davam etdirir. Bu dairədə seçiciləri ilə görüşlər keçirməkdə olan deputatla bağlı yeni bir xəbər yayılıb.
Məlum olub ki, həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış bir namizəd Çingiz Qənizadənin xeyrinə namizədliyini geri götürüb. Bu namizəd Mətbuat Şurasının «qara siyahısı»nda olan «Həqiqət və reallıq» qəzetinin baş redaktorudur. İsrafil Quliyevlə bağlı Azərbaycan Mətbuat Şurasının «Reket Jurnalistikası komissiyası» dəfələrlə intizam tədbirləri görüb. Xəbərdarlıq edib.
GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən bu gün namizədliyini geri götürmüş İsrafil Quilyev öncədən elə Çingiz Qənizadənin dəstəyi ilə deputatlığa namizəd kimi qeydə alınıb. Məlumata əsasən İmişli rayonunda bəzi kəndlərdə Ç.Qənizadənin kiçik qruplarla məhəlli görüşlərinin təşkilini də məhz bu qəzet redaktoru təşkil edib.
Maraqlıdır ki, deputat olduğu və hazırda namizəd kimi çıxış edən Çingiz Qənizadə heç də bəlli bölgədə az nifuz sahibi deyil. Hər halda Qənizadənin belə bir namizədin dəstəyinə ehtiyac olması maraq doğurur. Əcabə onun belə bir «dəstəyə» çoxmu ehtiyacı vardı?