Yüksək vəzifə verilən Mustafa Abbasbəyli KİMİN OĞLUDUR? - DOSYE

21-01-2019, 15:03           
Yüksək vəzifə verilən Mustafa Abbasbəyli KİMİN OĞLUDUR? - DOSYE
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir vəzifəsinə təyin edilib.
Publika.az xəbər verir ki, Mustafa Abbasbəyli Milli Məclisin 1-ci çağırış (Gəncə şəhərindən) deputatlarından olan Aslan Abbasovun oğludur. A.Abbasov hazırda Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsini tutur.
Mustafa Abbasbəylinin böyük qardaşı Məmməd Abbasbəyli isə Azərbaycan Alpinizm Federasiyasının prezidentidir. O, "Xəzər" Universitetini, ABŞ-ın Purdue və George Washington Universitetlərinin məzunudur. Eyni zamanda New York Vəkillər Kollegiyasının üzvüdür.
Qeyd edək ki, nazirin müşaviri vəzifəsinə təyin edilən Mustafa Abbasbəyli 1980-ci ildə Gəncədə anadan olub. 2003-2018-ci illərdə Standard İnsurance, Standard İnsurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru