"OpenAI" şirkəti yeni "GPT-5" modelini təqdim edib

Bu gün, 17:18           
"OpenAI" şirkəti yeni "GPT-5" modelini təqdim edib
ABŞ-nin "OpenAI" şirkəti "ChatGPT" çat-botu üçün "GPT-5" yeni süni intellekt modelini təqdim edib.
Bu barədə şirkətin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumatda deyilir ki, bu gündən etibarən "GPT-5" hamı üçün əlçatan olacaq.

Bildirilir ki, süni intellektin yeni versiyası əvvəlki modellərin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. O araşdırmalar, təhlil, proqramlaşdırma və tapşırıqların həlli üçün uyğundur.

Bundan başqa, şirkət səs rejimini təkmilləşdirib, "Google" poçtu ilə "Google" təqvimini çat-bota qoşmaq funksiyasını da əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru