Külə qayıdış: Arxeoloqlar fəlakətdən sonra Pompeydə yaşayanların sirrini açdılar

Bu gün, 17:58           
Külə qayıdış: Arxeoloqlar fəlakətdən sonra Pompeydə yaşayanların sirrini açdılar
Vezuviy vulkanının 79-cu ildəki dağıdıcı püskürməsindən sonra Pompey tamamilə məhv olmuşdu. Lakin arxeoloqların yeni tapıntıları göstərir ki, bəzi sakinlər fəlakətdən sonra dağıntılar içində yaşamağa davam ediblər.

Bu barədə "Science Alert" xəbər verir.

Bildirilir ki, şəhərə geri dönənlər arasında həm sağ qalan köhnə sakinlər, həm də yeni məskən axtaranlar və xəzinə ovçuları olublar.

Lakin bu yer klassik Roma şəhəri deyil, infrastruktursuz, çətin şəraitdə qurulan qeyri-rəsmi düşərgəni xatırladıb.

Tədqiqatçılar bildirirlər ki, əsasən binaların üst mərtəbələri yaşayış üçün istifadə olunub, alt mərtəbələr isə anbar və emalatxana kimi yenidən qurulub.

UNESCO-nun Pompey üzrə nümayəndəsi Qabriel Tsuxtriqel bu yaşayış formasını "böyük şəhərin xarabalıqları arasında salınmış bir növ favela" adlandırıb.

Qeyd edək ki, Vezuviy püskürməsi zamanı şəhər əhalisinin 15-20%-i həyatını itirmişdi. Ən ölümcül faktor isə lavadan çox, qaz və kül buludlarının yaratdığı istilik dalğası olmuşdu. Pompey XVI əsrdə ilk dəfə kül qatının altından tapılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru