"İnstagram"a yeni funksiya gəlir

Bu gün, 17:34           
"İnstagram"a yeni funksiya gəlir
“İnstagram” yeni bir funksiyanı test etməyə başlayıb.

“Picks” adlanan bu funksiya “İnstagram” istifadəçilərin ortaq maraqları olan insanlarla daha asan əlaqə qurmasına imkan verəcək .
Sosial media tətbiqləri üzrə araşdırmaları ilə tanınan Alessandro Paluzzi tərəfindən ortaya çıxarılan bu funksiya istifadəçilərin maraq dairələrinə uyğun digər şəxslərlə əlaqə yaratmasına şərait yaradır. Hazırda test mərhələsində olan bu xüsusiyyət yaxın zamanda tətbiqə əlavə edilə bilər.

“Picks” funksiyası İnstagram”ın mesajlar (DM) bölməsində, "Qeydlər" (Notes) hissəsinin üstündə yerləşəcək. Burada istifadəçilər öz maraq sahələrini əlavə edə biləcək. Məsələn, kinoya marağı olan biri sevdiyi film janrlarını və konkret filmləri qeyd edə bilər.

Daha sonra həmin istifadəçinin dostları və ya izləyiciləri bu məlumatı görə biləcək. Əgər qarşı tərəf də eyni sahədə maraq göstəribsə, “İnstagram iki istifadəçini bu oxşarlıq barədə məlumatlandıracaq. Beləliklə, ortaq maraqlara malik insanlar bir-birini daha asanlıqla tapa və qarşılıqlı ünsiyyət qura biləcək.
Hazırda “Picks” funksiyasının tam olaraq nə zaman istifadəyə veriləcəyi barədə məlumat yoxdur, amma test mərhələsinin uğurlu keçəcəyi təqdirdə yaxın gələcəkdə geniş istifadəyə təqdim olunacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru