AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı

23-10-2019, 08:50           
AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti-akademik Akif Əlizadə istefa verib.

Modern.az xəbər verir ki, bu barədə etibarlı mənbə Etikxeber.az-a bildirib. Məlumatlı mənbənin sözlərinə görə, A. Əlizadə bu gün günorta saatlarında istefa ərizəsi yazıb.

Mənbənin sözlərinə görə, hələ bir müddət öncə A. Əlizadənin AMEA prezidentliyindən getməsi gözlənilsə də, son anda məsələ hansısa səbəbdən təxirə salınıb.

“Ancaq bu gün onun istefa verməsi xəbərini aldıq. Sabah 16:00-da isə AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və orada yeni prezident seçiləcək. Səsvermədə də yalnız AMEA-nın həqiqi üzvləri-akademiklər iştirak edəcək, çünki prosedur belədir”-deyə, mənbə bildirib.

AMEA-nın yeni prezidenti vəzifəsinə namizədlərə gəlincə, hələlik dəqiq namizədlər məlum olmasa da, akademiklər Nərgiz Paşayeva ilə Rasim Əliquliyevin adları hallanır.

AMEA prezidentinin seçkilərində Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev və PA-nın Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın da iştirakı gözlənilir.

A. Əlizadənin 85 yaşı var.

Qeyd edək ki, A. Əlizadə 2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İdarə Heyətinin üzvü seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru