Dövlətin Qazaxa ayırdığı pullar belə dağıdılır. - Qazaxın xaraba yolları
25-04-2015, 12:23
Qazax rayonunda yollar bərbad haldadır.
Arqument.Az xəbər verir ki, bu barədə rayon sakinləri sosial şəbəkələrdə məlumat yayıblar.
Onlar yolların vəziyyəti ilə bağlı foto görüntülər də paylaşıblar.
Məlumatı yayan Məhərrəm Göyüşoğlu yazır:
"Bu mənzərə Qazax rayonu Çaylı kəndinin yarımada yollarıdır. Mən facebook da olan və olmayan eloğlularıma səslənirəm,gəlin ən qısa zamanda toplanaq və bu yolun təmiri üçün özümüz vəsait formalaşdıraq. Oturub bələdiyyə və dövlət qurumlarından nəsə gözləməyin mənası yoxdu. Hamı söz verir. İş başa düşüb bəylər! Kəndimizi bu utancdan qurtaraq".
Qeyd edək ki, Qazax rayonunun iqtisadi inkişafı ilə bağlı rayon İcra Hakimiyyətinə dəfələrlə ölkə başçısının sərəncamı ilə külli midarda maliyyə vəsaiti ayrılıb. Nəticə isə göz qabağındadır...