Dollarla bağlı həlledici qərar verildi – Bahalaşma başladı

17-12-2015, 01:03           
Dollarla bağlı həlledici qərar verildi – Bahalaşma başladı
ABŞ Mərkəzi Bankı – FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısı başa çatıb. teref.aznun fins.az-a istinadən məlumatına görə, iclasda son 7 ildə ilk dəfə mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcəsinin artırılmasına – 0,25%-dən 0,5%-ə çatdırılmasına qərar verilib.
Xatırladaq ki, FED, 2008-ci ilin dekabr ayından bəri faiz dərəcələrini 0% – 0.25% aralığında saxlayır. FED-in bügünki qərarından sonra valyuta birjalarında dolların digər valyutalara nisbətdə bahalaşacağı gözlənilir.
“Qafqazinfo” xatırladır ki, iqtisadçılar uçot dərəcələrinin artırılmasının Azərbaycana da təsirsiz ötüşməyəcyini proqnozlaşdırırlar. Mütəxəssislər bu qərardan sonra Mərkəzi Bankın manatın yüngül devalvasiyasına gedəcəyini anons edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.