Yaxın vaxtlarda yeni dövlət qurumunun yaradılması gözlənilir. Məlumat “Azadlıq”a hakimiyyət mətbəxindən sızıb. Xəbərə görə, yeni qurum vahid yükdaşıma xidmətini həyata keçirəcək. Mümkündür ki, qurum elə Vahid Yükdaşıma Xidməti adlandırılsın. Bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC və “Xəzər Dəniz Gəmiçiliyi” QSC bu qurumda birləşdiriləcək. Bir neçə gün əvvəl Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan şirkətin ləğv olunması da bununla izah edilir. Söhbət Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Avtomobil Yük Daşımalarının təşkili” MMC-nin ləğvindən gedir. Yeni yaradılacaq qurumun rəhbərinə gəlincə, bildirilir ki, bu şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ola bilər