Dayaqları yıpranmış nəqliyyat patronu - NN şefi "ehtiyat hədəfdir"
18-12-2015, 11:59
MTN ətrafında baş verən hadisələr, Eldar Mahmudov və komandasının Azərbaycanda yaratdığı cinayətkar mühitlə bağlı bir-birinin ardınca yayılan informasiyalar ölkənin siyasi-ictimai həyatına təsirini göstərməkdədir.
Eldar Mahmudovun ətrafında yaranan qalmaqal vəzifəsi ilə vidalaşacaq başqa bir nazirin- Ziya Məmmədovun adını nisbətən arxa planda qoysa da, vəziyyət heç də nəqliyyat naziri üçün ürəkaçan deyil.
Bizimxeber.az-a daxil olan məlumata görə, Ziya Məmmədov artıq “vurulmuş kadr” hesab olunur və onun hakimiyyətlə əlaqələri faktiki olaraq dayandırılıb. İndiki halda Ziya Məmmədov sadəcə kağız üzərində nazirdir və vəzifəsi ilə vidalaşması an məsələsidir. Bu versiyanın mümkünlüyü hər halda Ziya Məmmədovun özündən daha yaxşı bilən yoxdur və nazir “sürpriz”ə çoxdan hazırlaşmaqdadır.
Hazırlıq prosesinin tərkib hissəsini isə varidatının mümkün qədər ölkədən nəğd pul şəklində çıxarılması tutur. Məlumatlara görə, Ziya Məmmədova və yaxın ətrafına məxsus çox sayda daşınmaz əməlak artıq satışa çıxarılıb. Ölkədəki hazırki iqtisadi durum və çətin vəziyyət nəzərə alınaraq obyektlər hətta dəyərəndən dəfələrlə aşağı təklif olunur.
Məsələn, Ziya Məmmdəovun avtovağzalla üzbəüz restoranı 1,2 milyon manata satışa çıxarılıb. Bu restoran mütəmadi olaraq yüksək vəzifəli məmurların, oliqarxların istirahət və əyləncə məkanı olub. Bu obyekt də daxil olmaqla çox sayda obyektlərinin əlindən alınacağını təxmin edən nazir obyektləri nəğd pula çevirmək yolunu tutub. Ancaq bu zaman onun planının uğurlu olacağı şübhə doğurur. Çünki indiki məqmda Ziya Məmmədovla alış-veriş etmək istəyən “ürəkli” birinin tapılacağı şübhə doğurur. (???) Kim zəmanət verə bilər ki, bu gün Ziya Məmmədovdan alınan obyekt daha sonra həmin şəxsin əlindən çıxmayacaq?
Hətta Ziya Məmmədovun nəzarətində olan mətbu orqanların da nəzarətinin başqa bir ələ keçməsi müzakirə mövzusudur.
Bizimxeber.az-a daxil olan daha bir məlumatda qeyd olunur ki, yaxın zamanda bununla bağlı qərar veriləcək və Ziya Məmmədovun saytları “əl dəyişdirəcək”. Mətbuat bazarından da çıxarılan Ziya Məmmədovun icitmai rəydə özü barədə fikir formalaşdırmaq və rəqiblərini “zərərsizləşdirmək” imkanları da əllərindən alınacaq.
İndiliksə Ziya Məmmədvun saytlarına komitə sədrinin müavini olan xanimlardan (?) biri tərəfindən nəzarət olunur və maliyyə vəsaiti məhz onun göstərişi ilə paylanır. Ancaq yaxın zamanda saytlara ayrılan vəsait dayandırılacaq və saytlar Ziya Məmmədovdan alınacaq.
Onların bəzilərinin fəaliyyətinin ümumilikdə dayandırması ehtimalı da var. Bu arada Ziya Məmmədovla yaxın münasibətdə olan və işbirliyində adı hallandırılan bəzi şəxslər də naziri tərk etməyə başlayıb. Belə ki, onlar Ziya Məmmədovu Eldar Mahmudovun aqibətini gözləyəcəyini təxmin edərək özlərini gələcək təhlükələrdən sığortalamağa başlayıblar. İndi Ziya Məmmədovun yaxın ətrafında “Azəryolservis”in rəhbərindən başqa demək olar ki, adam qalmayıb.
Amma son günlər nazirin müdafiəsinə hesablanan addımlar həm nazir, həm də “Azəryolservis” rəhəbri üçün ciddi problemler yaradib. Belə görünür ki, nazir istefaya tək yola salınmayacaq. Özü ilə bərabər çox sayda adam da aparacaq.