İqbal Ağazadənin villası plana düşdü - Cavid Qurbanov keçmiş deputatı təzminat ödəyəcəl
18-12-2015, 17:58
Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə əlaqədar söküntü ərazisinə düşən mülkiyyət sahiblərinə kompensasiyalar veriləcək. Bunu Trend-ə açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı sənədlər toplanılır. A.Nəcəfli qeyd edib ki, bütün sənədlər toplanandan sonra aidiyyatı qurumlara təhvil veriləcək: “Bütün işlər qanunvericiliyə uyğun aparılır. Sənədləşdirmə işləri Sabunçu Rayon İcra Hakimiyyəti və "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Sənədləşdirmə zamanı mülkiyyətləri genişləndirilən yolun ərazisinə düşən əmlak sahibləri sözügedən məsələlərlə bağlı məlumatlandırılır”.
Kompensasiyanın tənzimlənmə mexanizmindən danışan A.Nəcəfli vurğulayıb ki, Maliyyə Nazirliyi tərəfindən hər bir mülkiyyətçinin adına bank hesabı açılır: “Vəsait bank hesabına qoyulur. Alqı-satqı prosesindən sonra vəsait mülkiyyətçinin bank hesabına ödənilir. Sənədləşdirmə prosesi notarial qaydada aparılır".
teref.az-ya daxil olan məlumata əsasən Nardaranda söküləcək evlər arasında villası və obyektləri olan şəxslər arasında sabiq millət vəkili, Ümid Partiyasının sədri İqbal Abazadə də var. Məlumatlara əsasən İqbal Ağazadənin hektarlarla ərazisi olan villasının söküntüsü ilə bağlı ən yüksək səviyyələrdən tapşırıq verilib. Uzun illər deputat həmkarı olmalarına baxmayaraq Ümid Sədri Cavid Qurbanovla danışıqlar aparsa da, onun Nardaran qəsəbəsindəki villasının sökülməsi ilə bağlı məsələdə müsbət nəticə əldə olunmayıb.