Xocalı soyqırımının keçirdilməsinə mane olan, ermənilərə soyqırım münasibəti ilə baş sağlığı verən "azərbaycanlı - Sübhan Əhədzadə FOTOFAKT
27-04-2015, 13:17
“Sübhan Əhədzadənin bu addımı əlbəttə, anlaşılan deyil. Biz 20 ildən artıqdır Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün işlər görürük. Azərbaycanlı birinin belə bir bəyanat verməsini isə kəskin qınayırıq”.
Bunu Modern.az saytına açıqlamasında Ümumrusiya Azərbaycan Konqresinin Tatarıstan Respublikası üzrə rəhbəri Ziyafət Qasımov bildirib.
O qeyd edib ki, indiyə qədər konqres tərəfindən belə bir addım atılmayıb və atıla da bilməz:
“Sübhan Əhədzadə hansı düşüncə ilə ermənilərə başsağlığı verib, onu anlaya bilmirəm. Mən bildiyim qədər o əslən azərbaycanlıdır və bir həftədir Bakıdadır”.
Konqres rəsmisinin sözlərinə görə, Sübhan Əlizadə bir neçə il əvvəl də buna bənzər səhv addım atıb:
“2-3 il əvvəl də səhvə yol vermişdi və nəticədə böyük qınaqla üzləşmişdi. O zaman Tatarıstanda fəaliyyət göstərən gənclər təşkilatı Xocalı soyqırımı ilə bağlı iş görəndə Sübhan Əhədzadə onlara qarşı çıxmışdı. Həmin hadisədən sonra daha bir səhv addım atması isə gözlənilən deyildi.
Düşünürdüm ki, o daha bir səhv burxmaz. Bir sözlə, mən rəhbər olaraq Tatarıstanda olan azərbaycanlılar adından onu qınayıram, belə bir şey olmamalı idi. Böyük səhvdir”.
Tatarıstanda fəaliyyət göstərən “Azərbaycan” milli-mədəni muxtariyyətinin sədri Sübhan Əhədzadə ermənilərin aprelin 24-də qeyd etdikləri qondarma “soyqırımı”nın 100 illiyilə bağlı Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyana başsağlığı teleqramı göndərib.
Sosial şəbəkələrdə Sübhan Əhədzadənin göndərdiyi “teleqram”ın sürəti də yerləşdirilib.