"Azəriqaz"- dan prezidentə şikayət var
28-04-2015, 13:36
teref.aznun poçtuna "Azəriqaz"-dan prezidentə şikayət daxil olub. Bu şikayəti sizə təqdim edirik.
Respublika Prezidenti İlham Əliyev cənablarına
Surəti: Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev cənabına
Surəti: Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev cənabına
Surəti: Ədliyyə Naziri Fikrət Məmmədov cənabına
Surəti:Baş Prokuror Zakir Qaralov cənabına
Surəti:Ombudsman Elmira Süleymanovaya
Surəti:Milli Məclisin İnsan Haqları üzrə komissiyasının sədri
Rəbiyyət xanım Aslanovaya
Surəti:Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov cənabına
Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi
Axundov küçəsi ev 4-də yaşayan
Nağı Allahverdi Əli oğlu tərəfindən
Əlaqə tel: 050-287-76-00
Ərizə
Möhtərəm Prezident!
Hörmətli xanımlar və cənablar!
Nəzərinizə çatdırıram ki , qızım Nağıyeva Nərgiz Allahverdi qızının cavabdeh Azəriqaz İB-nin Suraxanı Qaz İstismarı sahəsinə qarşı işə bərpa və s. tələbləri barədə iddiasına dair mülki işə Bakı Apellyasiya məhkəməsinin mülki Kollegiyası hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi) Bağırova Mədinə Ağacavad qızı və Məmmədov Saqi Əhməd oğlundan ibarət tərkibdə Murtuzayeva Yeganə Hüseyn qızının katibliyi ilə 14 oktyabr 2014-cü ildə başlanan məhkəmə araşdırılaraq 28 noyabr 2014-cü ildə ədalətli qərar çıxarılmışdır.Cavabdeh Suraxanı Qaz İstismarı Sahəsi rəisinin 74 k nömrəli 30.05.2014-cü il tarixli əmri ləğv edilsin iddiaçı Nağıyeva Nərgiz Allahverdi qızı əvvəlki vəzifəsinə yəni Suraxanı Qaz İstismarı sahəsinin Qaz Kəmərlərinin və avadanlıqlarının istismarı xidmətinə xətti baxıcı vəzifəsinə işə bərpa edilsin və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin.Eşq olsun hakimlərimizə.Hökm qanuni qüvvəyə mindikdən sonra hakim 09 mart 2015-ci il tarixdə Ədliyyə Nazirliyi Suraxanı rayon İcra Şöbəsinə İcra vərəqi göndərmişdir.Həmin icra vərəqəsində bildirilirki, icra haqqında Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların icrası ilə əlaqədar məhkəmə icraçısının tələbləri Azərbaycan Respublikası ərazisində bütün orqanlar hüquqi şəxslər və fiziki şəxslər üçün məcburidir.Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.İcra vərəqi Suraxanı rayon icra şöbəsinə çatdıqdan sonra 6020/2015-3 01 aprel 2015-ci il tarixdə Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru I dərəcəli Ədliyyə qulluqçusu Azəriqaz İB-nə məktub göndərərək Bakı Apellyasiya məhkəməsi tərəfindən verilmiş 2(103)-5927/2014 saylı 28.11.2014-cü il tarixli məhkəmə əmrində göstərilən tələbi könüllü icra etməyə görə 10 gün müddətinə vaxt vermişdir.Azəriqaz İB-nə həmçinin bildirmişdirki həmin tələb üzürsüz səbəbdən icra edilmədiyi təqdirdə məcburi qaydada təmin ediləcək.İcra haqqında Azərbaycan respublikası qanununun 78,79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsilə bağlı xərclər sizdən tutulacaqdır.Azəriqaz İB-nə verilən həmin 10 gün müddət başa çatdıqdan sonra mən icraçı Rauf Hüseynovla Suraxanı Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazovun qəbuluna getdik.Orada Suraxanı Qaz İstismar Sahəsinin rəisi Hacı Şahbazov bildirdiki,həmin ştat ləğv olunduğuna görə biz Nağıyeva Nərgizə həmin işin yerinə 5-ci dərəcəli yerli telefon rabitəsinin telefonçusu işini təklif etsək də atası bu işdən imtina etmişdir.Bununla bağlı biz akt tərtib etmişik.İcraçı Rauf Hüseynov həmin aktların surətini əmrin surətini götürərək icra şöbəsinə qayıtmış və ordan Bakı Apellyasiya Məhkəməsinə rəsmi qaydada məktub yazaraq həmin ştatın ləğv olunmasını bildirmiş və hakimdən xahiş etmişdirki bu işə təkrar baxaraq icra haqqında qərar qəbul etsin.Bu da icraçının yəqinki işi bilməməsindən əmələ gəlir.İcraçının Azəriqaza göndərmiş olduğu məktubla hərəkəti tərs mütənasiblik əmələ gətirir.Əgər icraçı Rauf Hüseynov öz işini mükəmməl bilsəydi o bir daha Apellyasiya məhkəməsinə müraciət etmədən həmin qətnamənin icrasıyla bağlı ciddi tədbirlər görməli idi.Hansıki məhkəmənin çıxartmış olduğu qərara ölkə ərazisində yaşayan bütün vətəndaşlar hətda Prezident də hörmətlə yanaşmalıdır.Ancaq nədənsə icraçı Rauf Hüseynov bilərəkdən və bilməyərəkdən Azəriqaz İB-nə qarşı dırnaq arası hümanistlik edir.Azəriqaz da nə dövlətimizi nə dövlətimizin qanunlarını saymır.Əgər saymış olsaydı məhkəmə qətnaməsi onlar tərəfindən icra olunardı.Necə ola bilərki Suraxanı Qaz İstismar Sahəsində Qazın Qəbulu və satışı şöbəsində olan 8-ci dərəcəli texnik yeri boş olduğu halda bu ştatı deyil yerli telefon rabitəsinin telefonçusu işini təklif edir. Əvvəllər qizimi boş qalmiş Təbii Qazin Qəbulu və Satişi şobəsində 8 dərəçəli texnik vəzifəsinə gotürmürdülərki ali təhsili yoxdur ancaq 5 ci dərəcəli yerli telefon rabitəsinin telefoncusu yerinə qabul edirdilər sonradan onlara izah etdimki siz sərf buyurursunuz bütün sahələr ücün ümumi olan qulluqcu vəzifələrinin Tarif - İxtisas Sorqu Kitabcasi ( VTİSK ) Azərbayçan Respublikasinin Əmək Məçəlləsinin 57 ci və 156 ci maddələrinin 2 ci hissələrinin tələblərinə uyqun olaraq hazirlanmişdir Buradada gostərilirki Texnik vəzifəsində işləmək ücün orta tekniki təhsil lazimdir Dərəcə diapozanlari isə 4 - 8 – dir. İndi artiq Azəriqaz başqa hava calmaqa başlayaraq bildirirki həmən yerə əmrin verilməsinə İnsan Resurslari Departamenti baxir daha anlamirki birincisi məhkəmə qaydasinda işə bərpa olunanlar artiq İnsan resurslarina gondərilmədən işə qabul olunmalidir. İkincisidəki əvvəl sizin borcunuz məhkəmənin qətnaməsin icra etməkdir ondan sonra qeyri məsələlərə baxilmalidir. Ay yarim məhkəmə araşdirmasi gedib hakim hər tərəfli araşdirib ədalətli qərar cixarib icra isə Azəriqazin naziyla oynayir belə məmurlardirki insanlari dovlətdən və dovlətcilikdən narazi salir. Yəqinki bu ozbaşinaliğin da bir sonu olacaq hər halda ümid sonda ölür.Qabaqcadan sizə təşəkkür edirəm.
Hörmət və ehtiramla Nağı Allahverdi Əli oğlu