İqtisadçı alim yazır: Ölkənin əsas resursu insandır....

19-07-2020, 00:03           
İqtisadçı alim yazır: Ölkənin əsas resursu insandır....
Karantin rejimi 2 həftə də uzadıldı. Görsənən odur ki, hakimiyyət qərarını əsaslandırmaq üçün yoluxanların sayını azaltmağa başlayıb. Yalandırsa, gerçək olsun, təki həyata keçirilən tədbirlər nəticə versin, virusa yoluxanlar tezliklə sağalsın, virus daha az adama yoluxsun.
Teref.az yazır ki, iqtisadçı alim Qubad İbadoğlu araşdırma yazısını belə başlayır. Qubad İbadoğlu yazısının davamında yazır:
Ölkənin əsas resursu insandır. İlk növbədə insanlarımızı qorumalıyıq, onların sağlamlığını və təhlükəsizliyini düşünməliyik, onlara azadlıq və firavan həyat bəxş etməliyik. Hər bir hakimiyyətin edə biləcəyi ən vacib işlər bunlardır. Bizim hakimiyətin bundan da əlavə görməli işi ölkənin ərazi bütövlüyünün təminatıdır, Qarabağın işğaldan azad edilməsidir. Gəlin görək, əhalinin sağlamlığı və təhlükəsizli sahəsində durum necədir.
Əhalinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün hər kəs üçün əlçatan olan və keyfiyyətli xidmət göstərən səhiyyə infrastrukturu qurulmalıdır. 2020-ci ilin ortasına olan məlumata görə Azərbaycan qlobal səhiyyə xidməti indeksinə görə, dünyanın 93 ölkəsi arasından 91-ci yerdədir və bu tədqiqata cəlb edilmiş ölkələr arasında yalnız Banqladeşi və Venesuealanı qabaqalaya bilib. Gürcüstan bu siyahıda 82-ci, İran 81-ci, Ukrayna 78-ci, Rusiya 63-cü, Qazaxıstan 53-cü, Türkiyə 28-cidir. Bu siyahıda ilk beşliyi ardıcıllıqla Tayvan, Cənubi Koreya, Fransa, Yaponiya və Danimarka bölüşür. 2001-ci ildən bu ilə qədər yalnız neft fonduna 159,3 milyard dollar neft gəlirləri daxil olmasına baxmayaraq, hələ də ölkəmizdə icbari tibbi sığorta vasitəsilə əhalinin sağlamlığı və tibbi təhlükəsizliyi qorunmur.
Milli səhiyyə bütün ölkələrdə pandemiya ilə əlaqəli ağır günlərini yaşayır, amma səhiyyə infrastrukturu və tibbi personalı müasir standartlara uyğunlaşdırılmış ölkələr bu problemin öhdəsindən çətinliklə də olsa gələ bilirlər. Azərbaycan səhiyyəsi necə pandemiyanın öhdəsindən gələ bilərmi? Əslində kəmiyyət göstəricilərinə görə, durum pis deyil. Belə ki, 2020-ci ilin 1 yanvarına olan vəziyyətə görə, hər 10 000 nəfər 32 həkim, 60 orta tibbi işçisi, 44,5 çarpayı düşür. Ambulator-polikilinkalar gücünə görə bir növbədə hər 10 000 nəfərə 107 nəfər qəbul edə bilər. Düzgün idarəçilik olsaydı, yəqin ki, hazırda 10 000 nəfərə düşən 8,5 koronavirus daşıyıcısı olan xəstəni xəstəxanada yerləşdirmək çətin olmazdı. Məlumat üçün qeyd edim ki, rəsmi statistikaya görə, hazırda xəstəxanalarda müalicə olunan hər koronavirus daşıyıcısı olan xəstə ilə müqayisədə həkimlərin sayı 4 dəfəyədək, tibbi bacılarını sayı isə 7 dəfədən çoxdur.
Amma əsas kəmiyyət deyil, keyfiyyətdir. Təəssüflər olsun ki, səhiyyə xidmətlərinin keyfiyyətini atırmaq üçün lazımı işləri vaxtına görmədik. Ən azından səhiyyə işçilərinin sosial müdafiəsini normal təmin etmək üçün onlara əməyinə layiq ödəniş edə bilərdik, amma onu da etmədik.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.