Vüsalə Əlizadədən SƏRT SÖZLƏR: “Paylaşımı zəifləyib reklamı ölən silikon gözəlçələr…”
20-07-2020, 10:14
![Vüsalə Əlizadədən SƏRT SÖZLƏR: “Paylaşımı zəifləyib reklamı ölən silikon gözəlçələr…”](/uploads/posts/2020-07/1595225730_1.jpg)
“Son yaşadıqlarımız çox çətin, çox ağır, çox təsirlidir! Neçə gündür ölkənin bu durumundan sui-istifadə edib özünü reklam edənlər isə artıq ürək bulandırdı! Siz Allah bəsdirin, iyrəncliyinizi heç olmasa bu günlərdə ört-basdır edin ki, düşmən bizə baxıb gülməsin!”
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə instaqramda yazıb.
Tanınmış aparıcı orduya könüllü yazıldığını sosial şəbəkələrdə elan edən və bunu reklama çevirənləri qınaq atəşinə tutub:
“Hər yerin pisi,yaxşısı var, meşə çaqqalsız olmaz! Amma Vətəni qorumaq kimi şərəfli peşə kişi kimi kişilərin işidir! Özünü qoruya bilməyənlər Vətən qorumağa gedir. Yəni bu xalq o qədər aciz oldu ki, sizə ümid oldu?... Paylaşımı zəifləyib reklamı ölən silikon gözəlçələr, Kalaşnikovun şəklini belə görməyən gədələr, "Hərbi xidmətə yararsız" kağızı almaq üçün min hoqqadan çıxanlar... Hərbi komissarlığın önündə şəkil çəkdirib, özünüzə oxşayan geydirmə xəbər səhifələrini işlədən üzdəniraq bacışkalarınıza "Qəhrəman" başlıqlarla xəbər yazdırıb Azərbaycanın adını batırmayın. Bu millət igid oğullar itirib Vətən uğrunda, onların qanı ilə yoğrulan torpağı cılızlaşdırmayın. Müharibə olsun demək dildə asandı, sərgərdə olub güllə səsi eşitsəniz, dizləriniz çat verər! Qeyrətli oğullarımız yetərlidir bu Vətənə! Abrınız, həyanız olsun, şəhid ailələrinə hörmət edin! Analardan, bacılardan, gəlinlərdən, uşaqlardan utanın. Yığışdırın bu rəzilliyi
P.S.Hər kəsə şamil olunmur, savadla oxuyan bilir söhbet kimdən gedir!”