Dərman firmasına cinayət işi açıla bilər: - “Azərfarm” LTD-də yoxlamalar
28-04-2015, 18:04
“Azərfarm” LTD əczaçılıq şirkətinə cinayət işi açıla bilər.
Tia.az-a daxil olan məlumatda qeyd edilir ki, şirkətə məxsus dərmanların səhv salınması və satışa çıxarılması ciddi araşdırmalara səbəb olub. Belə ki, şirkət buraxdığı dərmanların bir neçəsinin etiketini yanlış vurub. Hazırda firmada yoxlamalar gedir və məsul şəxslər barəsində cinayət işi başlanması istisna olunmur. Əldə etdiyimiz xəbərdə bildirilir ki, firma öz səhvini düzəltməyə çalışır. Ölkənin ən məşhur dərman firması “Peregidrol” 30 faizlik və “Kalsium xlorid” dərmanlarının etiketində yanlışlığa yol verib. Məlumata görə, anbardan səhv etiketlə satış üçün apteklərə paylanılan bütün eyni adlı dərmanlar geri çağırılıb. Artıq bir çox aptekdə sözügedən dərmanların satışı dayandırılıb. “Azərfarm” LTD şirkətindən bildirilib ki, məsələ ilə bağlı şirkət özü də araşdırmaya başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də bildirib ki, məsələ araşdırılır