Putin bununla tərəflərə 2 mesaj göndərir....
25-07-2020, 00:06
![Putin bununla tərəflərə 2 mesaj göndərir....](/uploads/posts/2020-07/1595618106_1.jpg)
Rusiya prezidenti Vladimir Putin qısa müddət ərzində iki dəfə Təhlükəsizlik Şurasının iclasını keçirdi və hər ikisində də ilk mövzu kimi Azərbaycan-Ermənistan sərhəddindəki 4 günlük döyüşləri müzakirə etdi. Putin bununla tərəflərə 2 mesaj göndərir.
Birincisi, Putin demək istəyir ki, Rusiyanın Cənubi Qafqazda özəl maraqları var və bölgədə Kremlin istəyi və maraqları xaricində cərəyan edə biləcək proseslərdən narahatdır.
Teref.az yazır ki, bu fikirləri Elxan Şahinoğlu maqaləsində yazır. Daha sonra Elxan Şahinoğlu yazır:
İkinci mesaj ondan ibarətdir ki, böyük ehtimalla Rusiya 2016-cı ildəki döyüşlərdən sonra olduğu kimi Bakı və İrəvan arasında növbəti vasitəçilik missiya ilə çıxış etmək istəyir. Böyük ehtimalla Putin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya gəlməsini istəyir, bu alınmasa xarici işlər naziri Sergey Lavrovu Bakıya və İrəvana göndərəcək. Münaqişənin həlli baxımından bu təşəbbüslərin 30 ildə heç birinin Azərbaycana faydası olmadığı kimi yenisinin də bizim üçün əhəmiyyəti yoxdur.
Elxan Şahinoğlu
Teref.az