Prezident informasiya blokadasındadırmı?..

26-07-2020, 10:14           
Prezident informasiya blokadasındadırmı?..
Nədir, gözləyirsiniz ki, səhralaşma getsin, ondan sonra hərəkət eliyəsiz?

Mən bu məsələyə qayıtmasaydım, üzərində durulmasaydım, siz bunu etməyəcəkdiz?

Axı siz mənə başqa raportlar verirdiniz!..


***

Bu böyük quraqlıq məsələsinin müzakirəsi ilə bağlı, məlum müşavirədə dövlət başçısının sualları və komandasında ona yalnış ötürənlərdən yana təəssüfləri idi...

Açıq demək lazım, Prezidenti informasiya blokadasına almağa çalışanlar, bir-bir təmizlənməlidir.

Bu gün milli medianın dirçəlməsi üçün ciddi addımlar atılmalıdır. Bu medianın siması nə Aslan Ismayılovdur, nə Azər Qərib idi... Bunu da o gündən, Prezident köməkçisi yenə də düzgün məlumatlandırılmasına inanmadığım Anar Ələkbərovla ictimai simaların ikinci görüşündən anladım. Media siyasətini kurasiya edən, indilik Preziden köməkçisi Anar Ələkbərov cənablarına bunu ilətin. O, dərindən, lap dərindən bələd olmalı hər kəsin kimliyinə.
Məsələn, Real TV-də efirə veriləcək, "Qriqoryanın işi" üç hissəli filmə mütləq baxsın. Mansur Ibayevlə, Aslan Ismayılovun xalqa necə xidmət göstərdikləri o filmdə çox yaxşı ifadə olunub. Heç nə etmək istəmirsinizsə barı, A.Ismayılovun Ramiz Mehtiyvə yolladığı kitaba, deputat olmaq eşqi ilə yazdığı üç sətirlik, bəlkə üç gün düşündüyü cümlələrintapdırın və analiz edin. Hətta Azər Qəribin dövləti "vuran" yazısını, mütləq oxuyun.

Hərə öz çapında üzdə olan adamların ətrafında çəpər hörüb. Islahat məmurları, hər biriniz dağıdın bu hasarları. Bu sizdən umulmur, artıq yorulmuş xalqın ictimai sifarişi, tələbidir. Çıxın insanların qarşısına. Baxın, kimin, kim olması çox aydın görünür. Əmin olun, sizə doğru çevrə göstərilmir. Siz də Prezidentə doğru olanları məruzə eləmirsiniz. Ancaq öz təşəbbüsü və israrı ilə nəsə tələb olunanda yuxarıdakı suallar ortaya çıxır. Belə olmur, belə olmaz, bu doğru deyil. Məhz bu üsulla idarəçilik bizi bu günə gətirdi. Sistemin yox, simaların dəyişməsi ab-havasını yaratmaq olmaz.

Illərdir mübarizəni ona görə aparmadıq ki, yenə dövlətdən əhlikeflər, hikkəlilər, satqınlar, öz marağını güdənlər, milləti adam yerinə saymayanlar, öz dilini araya qoyanlar yararlansın. Bu bizi uçurumdan üzü aşağı aparacaq.

Jalə Mütəllimova

26.07.2020.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.