.."bəs illərdir “levı” benzin-dizel satan, pulunu cibinə axıdan qruplar, insanlar niyə cəzalandırılmırlar?!" - İqtisadçı ekspertdən sula..FOTO

29-07-2020, 17:31           
.."bəs illərdir “levı” benzin-dizel satan, pulunu cibinə axıdan qruplar, insanlar niyə cəzalandırılmırlar?!" - İqtisadçı ekspertdən sula..FOTO
Karantin dövründə Azərbaycanda yanacaq (benzin-dizel) istehlakı artıb.

Teref.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli araşdırmasında yazır, məmləkətin statistikası multfimdir, bunu artıq sübut etməyə də ehtiyac yoxdur. Ölkə 5 aydır karantin rejimindədir, iqtisadi aktivlik diblərdədir, evdən çıxmaq üçün ciddi məhdudiyyətlər var, küçələrdə avtomobil sayl ciddi azalıb – amma yanacaq istehlakı artıb. Rəsmi rəqəmlərə görə pulla ifadə olunan satış həcmi cəmi 0,2% azalsa da, Premimum markalı benzinin qiymətinin ciddi endiyini nəzərə alsaq, satış fiziki həcm olaraq, yəni, litr (ton) ifadəsində artıb. Deyəsən qəliz oldu, bir daha: Keçən ilin yanvar-iyun aylarında ölkədə 988 mln. 100 min manatlıq yanacaq satılıb, başıbəlalı 2020-ci ilin yanvar-iyun aylarında isə bu məbləğdən cəmi 0,2% az, təqribən, 986 mln. manatlıq yanacaq satılıb. Amma keçən il Premium markalı benzin 1 manat 50 qəpik idi, 2020-ci ilin martında isə 1 manat 20 qəpiyə, sonra isə 1 manat 10 qəpiyə düşdü, indi yenə 1 manat 20 qəpiyə qalxıb. Yəni, bu il 4 aya yaxın 95 markalı benzin, keçən ilin eyni dövrünə görə, az qala 20% daha ucuz satılır. Premium markalı benzinin satış həcmi böyük olmasa da, fiziki həcm olaraq rəsmi azalan pulla ifadəni, 0,2%-i artıqlaması ilə qapadır, yəni, faktiki olaraq fiziki həcminə görə bu ilin ilk 6 ayında keçənilin ilk 6 ayına nizbətən daha çox yanacaq satılıb.
Xub, deyə bilərsiniz ki, yanacaq satışında da rəsmiləşmə artıb, “ağ mühasibat” çoxalıb, ona görə belə vəziyyət yaranıb, olsun, o zaman bəs illərdir “levı” benzin-dizel satan, pulunu cibinə axıdan qruplar, insanlar niyə cəzalandırılmırlar?! Axı söhbət illərlə davam edən oğurluqdan, yüzmilyonlarla dollardan gedə bilər! Nə isə, hökumət ya bu günkü statistikanın multfilm olduğunu, ya da, keçmişdə bir qrupun illərdir ölkədən benzin-dizelini “əmdiyini” etiraf etməlidir...

P.S Fotoda olan məlumatlar Dövlət Statistika Komitəsinin hesabatından götürülüb.
Natiq Cəfərli
Teref.az
.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.