Son 6 ayda müstəqil ekspertlərlə hökumət arasında virtual dialoqun qısa özəti - Natiq Cəfəlidən replika..
4-08-2020, 16:08
![Son 6 ayda müstəqil ekspertlərlə hökumət arasında virtual dialoqun qısa özəti - Natiq Cəfəlidən replika..](/uploads/posts/2020-08/1596542917_2.jpg)
Teref. gündəm ilə bağlı Natiq Cəfərlinin replikasını təqdim edir:
Son 6 ayda müstəqil ekspertlərlə hökumət arasında virtual dialoqun qısa özəti:
Mart ayının əvvəli, hələ dünyada pandemiya, bizdə karantin elan edilməyib:
Biz – Büdcəyə yenidən baxılmalıdı, iqtisadi aktivlik zəifləyəcək, iş yerləri qapanacaq, işsizlik yaranacaq, qabaqlayıcı tədbirlərə ehtiyac var.
Hökumət – Büdcəyə yenidən baxmağa ehtiyac yoxdur, hər şey zordu, nəzarət altındadı.
Mart ayının sonu, aprelin və may ayları, dünyada pandemiya, bizdə karantinin elan edildi:
Biz – Vətəndaşlara yardım verilməli, kommunal güzəştlər təbdiq edilməli, biznesə ciddi dəstək paketi işlənilib hazırlanmalıdır. Bank kreditləri və icarələrlə bağlı yeni yanaşmaya ehtiyac var.
Hökumət – Yaxşı, 200 min insana 190 manat verəcəyik, işləməyən, qapadılan sahələrə vergi güzəştləri tədbiq edəcəyik (absurddur e, zatən qapalıdı, gəlir yox, qazanc yox, deməli vergi öhdəliyi də yaranmır, güzəşt etsən nə olacaq, etməsən nə).
Biz – 200 min azdı, ölkədə büdcədən müxtəlif xəttlərlə (maaş, təqaüd, sosial yardım, dotasiya və s.) 3,5-4 mln. yaxın insan pul alır, onları çıxın, yerdə qlanlara heç olmasa 2 ay 200 manat ödəyin, biznes batır, onlara yardım edin.
Hökumət – Ay da, nə qədər işsizliklə bağlı müraciət oldu, 200 mini 600 minə qaldırırıq, bu qədər yetər, özü də tək aprel-may aylarını ödəyəcəyik, biznes dözər, vaxtilə göz yummuşuq, qeyri-leqal işləyiblər, pulları var, çıxardıb xərcləsinlər.
İyun ayının əvvəli:
Biz – Ay qaltuqklu müəllimlər, iyun ayını da qapatdız, bəs ödənişlər nə oldu? Biznes nə etsin? Hanı yardım paketi? Axı dünyada həmişə iki paket qəbul olundu: 1) Pandemiyanın zərərlərini yumşaltmaq, 2) İqtisadiyyatı post-pandemiya dövrünə hazırlamaq. Bəs nə oldu o iş?
Hökumət – Yaxşı da, 600 minə çatmır pulumuz, 284 minə iyunda 190 manat ödəniş edəcəyik. Biznesə də yardəm etdik də, əl çəkin, ikinci paketə ehtiyac yoxdur.
İyul ayının 25-nə qədər:
Biz – Ey hökumət, millətin “kəfən pulu” da bitdi, biznes can verir, büdcəyə yenidən baxın, yeni paket qəbul edin, yardımları artırın – anlayın ki, vətəndaşa edilən yardım HƏM DƏ özünüzə, iqtisadiyyata etdiyiniz yardımdır, çünki yardım istehlakı artırır, istehlak istehsalı və ticarət dövriyyəsini, hər ikisi isə iqtisadiyyataı canlı tutmağa yardımçı olur.
Hökumət – Büdcəni dəyişməyə ehtiyac yixdur, yeni paketə lüzum yoxdur, iyul ayı ödəniş olmayacaq, biznes də getsin fitini çalsın.
İyul ayının sonu, avqustun əvvəli:
Hökumət – Büdcəyə dəyişiklik lazımdı, yeni paketə ehtiyac var, iqtisadi canlanmanı artırmağın yollarını axtarırıq.
Biz – Eeeee, nahaber, başqa nə var-nə yox?! Nə vaxt dinləməyi, nəticə çıxartmağı öyrənəcəksiz siz?!
Bütün bu dialoqu google də axtarış verib tapıb oxuya bilərsiniz. Addım-addım belə oldu, biz dedik – inkar etdilər, sonra özləri etməyə çalışıb üz-gözlərinə bulaşdırdılar. A balam, 6 ay da karantin olar?! Nə etsin kafelər, restoranlar, Şadlıq Sarayları, İdman salonları, qeyri-ərzaq ticarəti ilə məşğul olanlar?! Onminlərlə işci, minlərlə sahibkar başına haranın daşını saılsın?! Elə bilirsiniz ki, iqtisadiyyatı da “dubinka” ilə idarə etmək olur?! Düşünürsünüz ki, iqtisadiyyatı əmrlə söhdürüb, əmrlə yandıqmaq mümkündür?! Ay-hay, o qədər gecikmiş və sona qədər düşünülməmiş qərarlar aldılar ki, bizim post-pandemiya dövrü də çox ağır keçəcək, orta sinif yox olacaq, iqtisadiyyatın çarxlarının dönməsi azı 1 il zaman alacaq ki, o bir ildə də dəstək lazım olacaq – hazırdılarmı buna?! Məncə yox, problemlərin dərinliyini ölçə, adekvar modellər qura bilmirlər – bu isə savad məsələsid eyil, qarşılıqla maraq toqquşmalarının, təşəbbüskarlıqdan qorxmağın nəticəsidir. Prezidentə nazir-məmur çıxıb, “Cənab Prezident, bunu səhv etdik, belə etsək yaxşı olar, Siz bunu belə dediz, amma başqa yollar da var”, deməyənə qədər heç bir addımın effekti olmayacaq...
Natiq Cəfərli
Teref.az