"Azər Turk Bank" müştərilərə etinasız yanaşır - İTTİHAM

4-08-2020, 16:23           
"Azər Turk Bank" müştərilərə etinasız yanaşır - İTTİHAM
Teref.az xəbər verir ki, Fuad Hafiz adlı vətəndaş Azər Turk Bankın müştərilərə etinasız yanaşmasından şikayətçidir.
Fuad Hafiz yazır:
Şikayətim Azər Turk Bank'dandir. Deməli istinin günündə camaatı, xanim, qadın və ananı növbə kağızı ilə çöldə günün altında saxlayırlar. Özü də icəridə, kondisioner işləyən sərin zalda müştəri üçün nəzərdə tutulan bir neçə divan və stul boş qalıb. Adi 100 manata valyuta almaq üçün 30 dəqiqəyə yaxın istdə, günün altında gözləməli olursan... Mühafizəçiyə də deyəndə ki, niyə qadın və qızları günün altında saxlayırsız, burda sərində yerlər böşdur axı, məntiqsız nə isə deyib bəhanə gətirdi. Bank rəhbərliyi bir tədbir görməsə, biyabırçılıqdır...
Teref.az olaraq qeyd etmək istəyirik ki, müşahidələriizə görə bir çox banklarda vəziyyət belədir. İnsanlar bankın qarşısında istidə sosial məsafə gözləmədən, bir araya yığışırlar. İçəridə isə yerlər boşdur və əsasda orda sərinlikdə sosial məsafəni qorumaq mümkündür. Bankların rəhbərlikləri bunu etmirlər.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.