Qulinin qətlində Kərəm Həsənov izi-Video

1-09-2020, 07:40           
Qulinin qətlində Kərəm Həsənov izi-Video
Bu ilin avqustunun ən böyük hadisələrindən biri Lotu Quliniun öldürülməsi oldu.
Lotu Qulinin adı ilə bağlı ötən illərdə çoxsaylı cinayətlər var. İlk dəfə 1995-ci ildə həbs edilən Nadir Səlifov (Lotu Quli) qətldə ittiham olunub. 90-cı illərin əvvəllərindən həbsdə olan Nadir Səlifov əvvəlcə “Batya” və “Lotu Bəxtiyar” ləqəbli Bəxtiyar Kərimovun, sonra isə “Sabirabadlı Hikmət” ləqəbi ilə tanınmış Hikmət Muxtarovun adamı kimi tanınıb.
Teref.az aktualxeber.az-a istinadən yazır ki, Kriminal aləmin bu iki tanınmış simasının ətrafında gəzən Nadir Səlifov avtoritetlər sırasında yüksəlməyə başlayıb.
Amma həbsxanada olan zaman Lotu Quli ilə Hikmət Muxtarov arasında mübahisə düşür. Həbsxanada mübahisə zamanı Quli Sabirabadlı Hikmətə əl qaldırır. Bundan sonra avtoritetlər arasında fikir ayrılığı yaranır. Hikmət Muxtarovla kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyev tərəfdarları, qarşı cəbhədə isə Lotu Quli, Otari Bədəlov və “Ded Xasan” ləqəbli Aslan Usoyan birləşir. Sonradan Ded Xasanla da Lotu Qulinin yolları ayrılır.
Quliyə rəqib olan avtoritetlər onun lotuluqdan məhrum edilməsi ilə bağlı “sxodka” keçirirlər. Qanunsuz toplantıda Nadir Səlifovun adının əlindən alınması ilə bağlı qərar verilir. Bundan sonra kriminal aləmdə böyük savaş başlayır.
Nadir Səlifov 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli, cəsarətli olduğuna görə verib. Quli Marneulidə doğulan azərbaycanlı, “Otar” ləqəbi ilə tanınan Otari Bədəlovla yaxın dost olub. Otarın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barında naməlum şəxslər tərəfindən güllələnməsindən sonra Rövşən Lənkəranskiyə oğru adı verən Nardaranlı Mirseymur da qətlə yetirilir. Bununla avtoritetlər arasında qanlı mübarizə daha da genişlənir.
Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il azadlıqdan məhrum edilən Qulinin vəkillərinin sözlərinə görə, o, həbs ediləndə Gürcüstanda verilmiş SSRİ pasportunu daşıyıb. Belə çıxır ki, Quli həbsxanada olduğu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.
Qulinin həbs müddətinin azaldığı bir vaxtda, 2005-ci ildə onun qardaşı Müşfiq Səlifov həbs ediblər. Voleybol oyununa baxmağa gələn universitet tələbəsi Müşfiq Səlifovun üstündən rəsmi məlumata görə, tapança tapılmışdı. O, həmin il universitetin sonuncu kursunda oxuyurdu, toya hazırlaşırdı, hətta həbs olunanda nişanlısının bəzi cehizləri də avtomobilində idi.
Müşfiq Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında “qiyama cəhd” baş verdi. Bu işdə rəsmilər nədənsə Qulini günahkar tuturdular.
2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açıldı. Quliyə və bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələbinə görə ittiham irəli sürüldü. Quli bu maddələri sonadək qondarma, onun “oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, ittihamı qətiyyətlə rədd edirdi.
2 gün sonra isə boksçu Fariz Məmmədovun maşınından silah tapılır və o da həbs edilir. Beləliklə, arasında Müşfiq Səlifovun da olduğu dəstə ilə bağlı yeni cinayət işi başlanır. Müşfiqin telefonunda nömrələri olan qızlar “Bandotdel”ə çağırılır, onların hamısı zərərçəkmiş kimi təqdim olunurlar. Həmçinin Müşfiqin ailəvi dostu olan “İnterqrant” türk restoranının sahibini də zərərçəkmiş qismində dindirirlər. Müşfiq isə türk vətəndaşını əvvəldən tanıyırdı. O, 2 il Türkiyədə oxumuşdu.
Daha sonra isə Quli istintaqa cəlb olundu. Qulinin bildirdiyinə görə, başqa zonlarda üsyan (“bunt”) olandan sonra fevral ayında onu türmədən götürüblər. Bu zaman həmin türmənin dustaqları da “bunt” ediblər.
Həmin vaxt Qulini əvvəl Bayıla gətiriblər, sonra rəsmi orqanlar bəyan etdi ki, “Anadolu” və “İnterqrant” kafesində zorlama faktları qeydə alınıb. Daha sonra üzləşmə aparıldı, xalq artisti Arif Quliyevin gəlini bu işdə zərərçəkmiş kimi tanındı. 2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində Quli zorlama maddəsi ilə bağlı bəraət aldı. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verdi.
Həmin ildən Quli 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə aparıldı. O, içəridə olduğu müddətdə cəzaçəkmə müəssisəsindən kənarda da oğru aləmini idarə etməyə başladı.
Lotu Quli ilə savaşda məğlub olanlardan biri də Hikmət Muxtarov olur. Sabirabadlı Hikmət 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektində qətlə yetirildi. O, ofisdən çıxıb binanın yanında duran “Mersedes-500” markalı maşınına minmək istərkən qatillər ona avtomat və tapançadan atəş açdılar.
Bundan sonra Lotu Quli ilə Rövşən Lənkəranski arasında dava daha da qızışdı. Rövşən Lənkəranskinin İlqar adlı killeri ilə bir vaxtlar Lotu Qulinin yaxın ətrafına daxil olan nüfuzlu kriminal avtoritet Sabirabadlı Hikmət arasında telefon danışıqlarının audioyazısından məlum olur ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr 2009-cu ildə cərəyan edib. Həmin ərəfədə Rövşən Lənkəranski özü Kiyevdə saxlanmışdı və onun Azərbaycana deportasiyası gözlənilirdi.
2016-cı ildə Rövşən Lənkəranski İstanbul şəhərində öldürülür. Bu qətlin sifrişçiləri sirasında Lotu Qulinin də adı tez-tez hallanırdı.
Bu illər ərzində həm Quliyə yaxın olan, həm də ona qarşı çıxan “qanuni oğru”lardan öldürülən və dünyasını dəyişənlər olub. Mirseymur Abdullayevi (Nardaranlı Mirseymur), Hikmət Muxtarovu (Sabirabadlı Hikmət) və Rövşən Lənkəranskini yada salmaq kifayətdir.
Qulinin də itkiləri az olmayıb. Onun tərəfdarları arasında Otari Bədəlov (Otar) , Baxış Əliyev (Vaxa) və Dadaş İbrahimov (Novxanılı) amansız savaşın qurbanı olublar. Məmməd Hüseynovun (Masallı Mamed) həbsxanada dünyasını dəyişməsindən, Lənkəranskinin isə öldürülməsindən sonra Quli heç şübhəsiz, Azərbaycanda ən önə çıxmışdı.
Bütün bu “razborka”ların sonunda növbəti dəfə kriminal aləm daha bir tanınmış simasını, “Lotu Qili”ni itirdi.
Qaldı sifarişçini tapmaq.
Nadir Səlifov Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində nahar etdiyi şəxs tərəfindən öldürülüb. Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir. Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildəBirləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.

Adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.
Bildirilir ki, bu şəxs “DetAl Holdinq”in baş direktoru olub. Adıçəkilən Holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.
Sərxan Babayevin Azərbaycan Respublikası Prezident Adminstrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir.
Əslində elə otelin əsl sahinin Kərəm Həsənov olduğu iddia edilir. Bu halda “Lotu Quli”nin əslən cənublu olan komitə sədrinin otelində qətlə yetirilməsi şübhə doğurur.
Nəzərə alsaq ki, Səlifovun əsas düşmənləri Lənkaranski qruplaşmasından olan cənublular idi.
Nə qədər ört-basdır edilsə də qətlin izləri Kərəm Həsənova da gedib çıxır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.