Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır

12-02-2025, 11:34           
Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır
Ukrayna Avropa İttifaqı ilə sərhədlərdə birgə gömrük və sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında bəyan edib. Onun sözlərinə görə, artıq 2025-ci ildə Ukrayna-Polşa sərhədində pilot layihəyə başlanılması planlaşdırılır.

“Bu il Ukrayna-Polşa sərhədində pilot layihənin başlanmasına ümid edirik”, - deyə Baş nazir söyləyib.

Şmıqal qeyd edib ki, hazırda Avropa Komissiyası ilə müvafiq sazişin razılaşdırılması üzərində işlər gedir. Vurğulanıb ki, sərhədə birgə nəzarət insanlar və biznes üçün vaxta əhəmiyyətli dərəcədə qənaət imkanı verəcək və Ukraynanı Avropa İttifaqına daha da yaxınlaşdıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru