Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi nə qədər ədalətlidir?
Bu gün, 10:26
![Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsi nə qədər ədalətlidir?](/uploads/posts/2025-02/1739337782_1.jpg)
Qanun da olsa bu əmək pensiyası alan şəxslərin hüquqlarını açıq - aşkar pozmurmu? Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son 3 il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
1. Bu Qanun qəbul olunarkən nəzərə alınmır ki, Əmək pensiyaçısı - əmək pensiyası alan şəxs tərəfindən deyil, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təyin edilir.
2. Əmək pensiyasının məbləği - bu qurumun vəzifəli şəxsləri tərəfindən hesablanır, həyata keçirilir və ödənilir.
3. Əmək pensiyasl alan şəxs bu pensiyanın məbləğini hesablayıb, təyin etmir ki, ona görə də maddi və digər məsuliyyət daşısın.
4. Əgər əmək pensiyası bu qurum tərəfindən düzgün hesablanıb və ya təyin olunmayıbsa, nədən əmək pensiyası alan şəxs buna görə maddi məsuliyyət daşımalldlr, bunun üçün bu qərarı verən Fondun hər hansı bir vəzifəli şəxsləri nədən: maddi, intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmur.
5. Əgər əmək pensiyasının məbləği barədə belə bir səhv olubsa və sübut olunursa, buna görə əmək pensiyası alan şəxs deyil, buna məsul olan Fondun vəzifəli şəxsləri maddi və ya digər məsuliyyət daşımalıdır.
6. Azərbaycan Respublikası, eyni zamanda Beynəlxalq Qanunlara əsasən şəxs yalnız öz törətdiyi hərəkətlərə görə: maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti daşıyır, başqa şəxsin və ya dövlət orqanının vəzifəli şəxsin qanun pozuntularına və ya səhvlərinə görə yox.
7. Dövlət qurumu tərəfindən əmək pensiyası təyin olunmuş şəxs əmək pensiyasını:özünə, ailəsinı, müalicə və sağlamlığına, şəxsi işinə, sosial ödəniş və digər xərclərinə sərf edir. Hansı əsaslardan əmək pensiyası alan şəxs dövlət orqanı, onun vəzifəli şəxsi tərəfindən ehtimal olunan səhvə görə maddi məsuliyyət daşımalıdır, xərclədiyi əmək pensiyasınl geri qaytarmalıdlr.
8. Fikrimcə, əmək pensiyası alan şəxs əmək pensiyasının məbləğinə görə yalnız o halda məsulyyət daşıya blər ki, onun tərəfindən əmək pensiyası təyin edən orqana səhv, saxta və ya qanuna uyğun olmayan sənədlər təqdim etsin.
Azer Quliyev
TEREF