Cavanşir Alaverdizadənin ölkədən çıxışına stop qoyuldu

12-02-2025, 11:37           
Cavanşir Alaverdizadənin ölkədən çıxışına stop qoyuldu
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlətə milyondan çox vergi borcu var.

Qaynarinfo-nun məlumatına görə, 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1033365.91 AZN vergi borcu yaranıb.

Qeyd edək ki, 2018-ci ildən 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Alaverdizadə Cavanşir Baxış oğludur.

Əldə etdiyimiz məlumata görə, sözügedən borca görə C.Alaverdizadə barəsinnin ölkədən çıxışına məhdudiyyət qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru