Vardanyanın "etiraz"ı - Hövsana köçmək istəyir
Bu gün, 11:39
![Vardanyanın "etiraz"ı - Hövsana köçmək istəyir](/uploads/posts/2025-02/1739340152_1.jpg)
Əslən erməni olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyan barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin növbəti baxış iclasında sərsəm vəsatət qaldırıb.
Vardanyan bildirib ki, məhkəmə onun vəsatətlərini təmin etmir, buna görə də o, məhkəmə tərkibinə etiraz edir.
Hakim soruşanda kı, hansı vəsatətləri təmin olunmayıb, Vardanyan nə desə, yaxşıdır? Qayıdıb ki, o, məhkəmə istintaqı dövründə ev dustaqlığına buraxılması barədə vəsatət verib, amma təmin olunmayıb. Bu səbəbdən məhkəmə tərkibinə etiraz edir...
Adama deyərlər ay səy, səni hansı evinin dustaqlığına buraxsınlar? Hansı ünvana? Hər gün məhkəmə prosesinə Ermənistandan gəlib-gedəcəksən, yoxsa Rusiyadan?
Vardanyanın vəkili hakimdən iki dəfə xahiş edib ki, məhkəmə prosesi təxirə salınsın, o, Vardanyanla görüşüb danışsın. Məhkəmə də vəkilin vəsatətini təmin edib, prosesdə iki dəfə fasilə yaranıb ki, vəkil Vardanyanı başa salsın. Vəkil iki dəfə danışsa da, Vardanyan qanmayıb. Vardanyan elə bilir ki, Ermənistan Masazırın yanında zaddadır, “Uber”ə 3 manat 40 qəpik ödəyəcək, gedib-gələcək.
Bu sərsəm milyonçu qanmır ki, bura Azərbaycandır. 30 il Azərbaycanın işğal altında olan ərazilərinə o qədər rahat gedib-gəlib, qızıl, mərmər zavodları, istirahət mərkəzləri, narkotik emalatxanaları tikib şellənib ki, indi də hələ o xülyadadır. Adamı şillələyib oyatmaq lazımdır ki, ay zatıqırıq, Azərbaycanın əraziləri işğal altında deyil artıq. Artıq Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib, separatçıları öz xarabalarına qovub, ərazilərimizdə daha sizi kimi işğalçılar at oynatmır. Separatçıları qovub, separatçıbaşılarını da məsuliyyətə cəlb etmişik. 30 il ərzində törətdikləriniz vəhşiliklərə görə indi cavab verirsiniz. İndi sənin ev dustaqlığı haqda düşünən vaxtınız deyil, bir az da 30 il dustaq saxladığınız, xüsusi vəhşiliklə işgəncə verib, öldürdüyünüz dinc sakinlərə görə cavab vermək anınızdır. Haqq-ədalətin bərpa olunduğu, özbaşnalığınıza son qoyulduğu vaxtdır. İşğal altındakı ərazilərdə narkotik vasitələr yetişdirib, milyonlar qazanıb, həmin milyonlarla azərbaycanlılara qarşı ağlasığmaz divan tutduğunuz vaxtlara son qoyulub. İndi ev dustaqlığının yox, həqiqi dustaqlığın astanasındasınız. 30 il işğal altındakı ərazilərimizdə nahaq hökmlər verdiyiniz dönəmdən ədalətin hökmünə düçar olmusunuz. Hələ bir utanmadan Azərbaycan məhkəməsindən ev dustaqlığı da istəyirsən? Bəlkə elə bilirsən ki, sən də Hövsanda yaşayırsan? Utanmasaydın, ev dustaqlığına buraxılmaq üçün ev ünvanı da yazardın. Yazardın ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev fnömrə...
Bəlkə Azərbaycandan sığınacaq da istəyəsən? Vətəndaşı olduğun dövlətlərdən imtina edib, Azərbaycanda qalmaq üçün müraciət edəcək sifət var siz ermənilərdə. 30 il amansız cinayətlər törədib, sonra Azərbaycan xalqından üzr istəyən bir ünsürdən biz bu sifəti də gözləyirik. Bunu da edərsiniz. Deyərsiniz: "Mən Masazırda, təmiz havada yaşamaq, Azərbaycana “xidmət” etmək istəyirəm".
Bu şərəf ki sizdə var, hər şey gözləmək olar.
Samir Əli