Bu gün Milli Qəhrəman Tahir Həsənovun şəhadət günüdür....

2-09-2020, 00:05           
Bu gün Milli Qəhrəman Tahir Həsənovun şəhadət günüdür....
Sabah kiçik qardaşımız kimi xətrini istədiyimiz, mərd cəsur, gözündə qorxu olmayan qardaşımız Tahir Həısənovun şəhadət günüdür! Onun üçün gedilməyən yer, keçilə bilməyən cığır, qalib gəlinməyən düşmən yox idi! Və 28 il bundan əvvəl öz şəhadət şərbətini içməyə belə getdi.....
1992-ci il... Sentyabrın 2-i... Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüş əməliyyatları başlayır.
Elə olur ki, Tahirin dəstəsi düşmənin mühasirəsinə düşür. Tahir yoldaşlarına deyib ki, siz gedin, mən sizi qoruyacam.
Qeyri-bərabər döyüşdə ağır yaralansa da, təslim olmayıb və tank əleyhinə qumbara ilə özünü partladaraq onu ölmüş bilib ətrafına toplaşan 41 nəfər ermənini də cəhənəmə vasil edib.
Qeyd edək ki, Tahir Həsənovun özü ilə bərabər Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən atası Tofiq Həsənovun mətbuata verdiyi aşıqlamaya görə, Tahirin cənazəsini götürəndə ətrafında həqiqətən də 41 nəfər erməni əsgərinin meyiti olub.
Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə 22 yaşlı Həsənov Tahir Tofiq oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Vətənimizin ən gənc Milli Qəhrəmanlarından olan Tahir Həsənov Bakı şəhərindəki Şəhidlər xiyabanında uyuyur.

Təhsil aldığı 23 saylı orta məktəb hazırda onun adını daşıyır.
Nurəddin Xoca
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.