Ziya Məmmədovun Goranboy planı - Nizaməddin Quliyevi kim əvəzləyəcək?

29-04-2015, 16:16           
Ziya Məmmədovun Goranboy planı - Nizaməddin Quliyevi kim əvəzləyəcək?
Yaxın zamanda Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifəsindən alına bilər.

Bu barədə Arqumant.az-a mötəbər mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısının adı uzun müddətdir müxtəlif qalmaqallarda hallanır. Hazırda isə Nizaməddin Quliyevin yeni təyin olunmuş birinci müavin Elçin Cahangirovla aralarında ciddi problemlərinin olduğu qeyd olunur.

Bildirilir ki, Nizaməddin Quliyevin adının son bir neçə ildə davamlı olaraq qalmallarda hallanması və başçının baş verənlərdən nəticə çıxarmaması onunla bağlı sərt qərarın verilməsinə səbəb olub.

Mənbə qeyd edir ki, artıq Nəqliyyat naziri Ziya Məmmədov kurasiyasında olan Goranboy rayonuna yeni başçı namizədləri seçir. Bildirilir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə ən real namizdlərdən biri təqribən on gün bundan əvvəl vəzifədən alınan Şəmkir Rayon Polis Şöbəsinin rəisi Şükür Mehtiyevdir.

Xatırladaq ki, bir neçə gün öncə daxili işlər naziri Ramil Usubovun əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin rəisi Şükür Mehtiyev vəzifəsindən azad edilərək sərəncama göndərilib. Mənbə Şükür Mehtiyevin məhz Goranboya başçı təyin olunması məqsədilə işdən azad edildiyini bildirir.

Bundan başqa Ziya Məmmədovun ehtiyat namizədinin də olduğu bildirilir. Belə ki, Şükür Mehtiyevin namizədliynin qəbul olunmadığı halda nəqliyyat naziri öz qaynını Goranboya başçı göndərməyi planlaşdırır.

Yazıda adı keçən şəxslərin mövqeyini də dərc edəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.