Azərbaycan texnoloji imkanlar da tətbiq edərək prosesi izləyir - Hikmət Hacıyev
15-11-2020, 15:19
Azərbaycan Ermənistan silahlı qüvvələrinin və mülki əhalinin işğal edilmiş ərazilərmizdən çıxarılması prosesini izləyr.
Trend-in məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycanın malik olduğu texnoloji imkanlar da tətbiq olunaraq, Ermənistan Silahlı Qüvvəlrinin döyüş mövqelərindən çəkilməsi, orada olan mülki əhalinin çıxarılması yaxından izlənilir ki, öhdəliklər vaxtında icra edilmiş olsun.
PA rəsmisi əlavə edib ki, Kəlbəcər əsgərlərmizin həyatını qoruyaraq, şəhid vermədən, qan tökükmədən işğaldan azad edilir. Ağdam və Laçının da tezliklə qan tökülmədən işğaldan azad edilməsi nəzərdə tutulur.