Bu fotolar gündəm oldu – Prezident və birinci xanımdan möhtəşəm jest
24-11-2020, 09:19
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Səfər zamanı onlar işğaldan azad edilmiş və böyük dağıntılara məruz qalmış Ağdam Cümə Məscidini ziyarət ediblər.
“Yeni Sabah” bildirir ki, cəmi 3 gün əvvəl azad olunmuş məsciddə heç bir ciddi təmizlik işi aparılmaması, döşəməsinin olmamasına baxmayaraq, Prezident və birinci xanım məscidə ayaqyalın daxil olublar. Bu görüntülər dünəndən sosial mediada ən çox paylaşılan mövzulardan birinə çevirilib. Ölkə rəhbərliyinin bu davranışı hər kəs tərəfindən müsbət qarşılanıb.