Türmənçay müqaviləsi - 193 il ötdü...

10-02-2021, 07:01           
Türmənçay müqaviləsi - 193 il ötdü...
Teref.az yazır ki, bu gün Azərbaycan tarixinin ən kədərli səhifələrindən birinin 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Rusiya və İran arasında imzalanmış, Azərbaycanın iki yerə bölünməsini qəti şəkildə rəsmiləşdirən Türkmənçay müqaviləsinin imzalandığı gündür Bu hadisə Təbrizin 50 km-dəki Türkmənçay kəndində baş vermişdir Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Əslində bu, bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz, yırtıcılıq idi. Artıq həmin tarixdən 181 illik zaman keçsə də, yenə paralanmış, parçalanmış vəziyyətdəyik. Bu müddət ərzində türk xalqlarını başına çoxlu fəlakətlər gəldi. Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə türk dünyasını xilası da olmayacaq. Zənnimizcə, türk xaqları bunu gözəl anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə özümüz məsuliyyətimizi anlamalıyıq
.Türkmənçay müqaviləsi Azərbaycan türklərinin şərə qarşı inadcıl, bütöv mübarizəsinin olmaması səbəbindən baş tutdu. Əgər o zaman bir xalq olaraq sözün böyük mənasında birliyə nail olsaydıq, bu fəlakət başımıza gəlməyəcəkdi "Türkmənçay" müqaviləsinə qədər olan dövrdə ictimai-siyasi vəziyyət belə idi: "Azərbaycanda mövcud olan xanlıqlar üç qismə bölünmüşdü. Bunların bir qismi İrana meyl edirdi, bir qismi Rusiyaya sığınmağı əhəmiyyətli sayırdı, qalanları isə Osmanlı imperiyasının himayəsini qəbul edirdi. Bu xanlıqların içərisində elə bir güclü siyasətçi yox idi ki, Azərbaycanı vahid bir hakimiyyətdə birləşdirə bilsin. Artıq 1806-cı ildə Qarabağ və Şəki xanlıqları Rusiya imperiyasının himayəsini qəbul etdilər. Şamaxı və Bakı xanlıqları Rusiyaya qarşı müqavimət göstərsələr də az sonra Rusiyanın tabeçiliyinə keçdilər. Azərbaycan yuxarıda adları sadalanan ölkələrin faktiki döyüş, siyasi mübarizə, hərbi münaqişə meydanına çevrilmişdi. Azərbaycanın tarixi taleyində hədsiz gərgin, təhlükəli bir vəziyyət yaranmışdı. Fəlakətli vəziyyətdən artıq qaçmaq mümkün deyildi".
Azərbaycan bu gün də ikiyə bölünmüş xalq taleyini yaşamaqdadır. Ötən 200 il ərzində yenə də itirdik. Bu mənada itirdiklərimizin sayı-hesabı yoxdur: "50 milyonluq bir xalq hələ ki, dünyada sözün böyük mənasında yerini və təsdiqini tapmayıb. Bu səbəbdən də mübarizə davam edir. Güney Azərbaycanda yaşayan 35 milyon soydaşımız ana dilində təhsil almaq hüququndan belə məhrumdur".
Baba Allahnəzərov
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.