"Bir BNA-nın qulu çıxıb demir ki,.." Nayq Cəfərli BNA-dan yazdı...

14-02-2021, 00:47           
"Bir BNA-nın qulu çıxıb demir ki,.." Nayq Cəfərli BNA-dan yazdı...
2 gün öncə avtobus zolaqları ilə bağlı yazdığım statusa görə BNA-sevərlər üzərimə gəldilər, halduki dedim çox sadə idi: Bütün məsələlərə planlı, düşünülmüş, kompleks baxmaq lazımdır. Avtobuslar üçün ayrıca zolağın olması problem deyil, hətta vacibdi də, dərd bütün addımların düşünülmədən atılmasıdır. BNA-çılar israrla sübut etməyə çalışırdılar ki, dünyanın hər yerində belədir - dostlar, elə deyil, dünyanın inkişaf etmiş ölkələrində kompleks yanaşma var - velosiped yolları, piyada gəzmək üçün geniş tratuarlar, tramvaylar, elektrikli samokatlar və s. - siz bunları görməyib ancaq dar küçələrdə avtobus zolağı salırsınızsa, bu yaxşı iş görmək deyil.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir.
Daha sonra Natiq Cəfərli deyir, absurdun pik nöqtəsi indi odur ki, şənbə-bazar ictimai nəqliyyat işləmir, avtobuslar yollarda yoxdur, amma o zolaqlarla bağlı rəsmi açıqlama da yoxdur. Bir BNA-nın qulu çıxıb demir ki, millət, şənbə-bazar o xəttlər qüvvədən düşmüş hesab olunur, cərimə yazılmayacaq. Bəlkə də artıq YPX cərimələri yazır, soruşsan niyə yazırsan, deyəcək, avtobus yoludur, desən bəs avtobus hanı, deyəcək qarajda.
Bax belə məntiqsiz işləyirsiz, sonra da tənqiddən inciyirsiz...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.